
"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv I mərhələnin ilk oyununda Xorvatiyada "Hayduk"la üz-üzə gəlib. "Polyud" stadionundakı görüş "qırmızı-qaralar"ın 0:3 hesablı məğlubuiyyəti ilə başa çatıb.
Meydan sahiblərindən qolları 24-cü dəqiqədə Yere Vrçiç, 51-ci dəqiqədə Marun Kalusiç və 83-cü dəqiqədə Kresimir Nazor vurub.
Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.
-------------------------------------------------
"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.
Sportnet.az-ın məlumatına görə, Zaur Hacıyevin baş məşqçi olduğu komanda I mərhələnin ilk oyununda Xorvatiyada "Hayduk"la üz-üzə gələcək.
"Polyud" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcək.
Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.
12 sentyabr
UEFA Gənclər Liqası
I mərhələ
19:00. "Hayduk" (Xorvatiya) - "Qəbələ" (Azərbaycan) - 0:3
Qollar: Yere Vrçiç, 24 (penalti). Marun Kalusiç, 51. Kresimir Nazor,Ə 83
Baş hakim: David Smayts (Sloveniya)
Split, "Polyud" stadionu
"Qəbələ"nin start heyəti: 12. Həsən Həsənli, 13. Ravil Qafarov, 3. İbrahim Ramazanov, 5. Murad Musayev, 2. Samir Ağayev, 10. Fərid Kələntərov, 17. Xəyal Xudaverdiyev (k.), 14. Şahin Şahniyarov, 9. Sənan Ağalarov, 7. Ağabəkir Həşimli, 18. Mehrac Baxşalı.