"Matçın 90+1-ci dəqiqəsində düzgün penalti qərarından öncə verilən aut qərarı təəssüf ki, yanlışdır. Lakin meydanda verilən yanlış aut qərarı VAR tərəfindən araşdırılmır".
Sportnet.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Azərbaycan Premyer Liqasında VI turun "Qarabağ" - "Sabah" oyunundakı mübahisəli hakim qərarı barədə danışarkən deyib.
O bildirib ki, Oyun Qaydaları kitabının VAR Protokolu bölümündə 141-ci səhifə 3-cü bənddə bu vəziyyət açıq-aydın göstərilib: "Orada yan xətt-aut-künc zərbəsi kimi qərarlar oyunu yenidən baslatma mənasına gəlir. Qərar VAR olmayan matçlarda da top oyuna girdikdən sonra dəyişdirlə bilməz. Bu səbəbdən, VAR-da da incələnməməlidir".