Fransanın "Nant" klubunun futbolçusu Şarl Traore Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.
Sportnet.az xəbər verir ki, malili müdafiəçi zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. Liqa 1 təmsilçisinin heyətində 30 yaşlı oyunçudan başqa, hər hansı itki yoxdur.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.