"Böyük sıxıntılardan sonra "Qarabağ” kimi güclü bir komandaya qarşı mübarizə apardıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca deyib.
"Qarabağ"la oyunu şərh edən türkiyəli mütəxəssis oyundan əvvəl paytaxt klubunun meydana çıxmaması ilə bağlı da danışıb: "Mən indiyə qədər "oyuna çıxmayacağıq” cümləsi işlətməmişəm. Məşqə çıxmamaq olar, belə problemlər mümkündür. Bu gün futbolçular oyuna çıxdılar və 1 xal qazandıq. Mən bu xalı rəhbərliyə hədiyyə edirəm”.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.