
Azərbaycan millisinin futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, buna Braziliya əsilli yarımmüdafiəçinin səfərdə Slovakiyaya qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda sarı vərəqə görməsi səbəb olub.
Cari mövsümdə ikinci dəfə xəbərdarlıq alan 33 yaşlı oyunçu Qazaxıstana qarşı qrupun son görüşünü buraxacaq.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.