
İspaniya "Barselona"sı hazırda Fransa PSJ-sində yer alan Lionel Messinin geri qayıtmasını istəyir.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi 35 yaşlı hücumçu ilə 2023-cü ilin yayında azad agent kimi müqavilə bağlamağı planlaşdırırlar.
Sözləşmə Messinin əmək haqqını xeyli aşağı salmağa razılaşacağı və baş məşqçi Xavinin seçəcəyi rolla razılaşacağı halda gerçəkləşəcək. Bununla yanaşı, "Barsa" əmindir ki, maliyyə məsələsində razılığa gələcək və start heyətdə daimi yer tələb etməyəcək.
Qeyd edək ki, bu mövsüm Lionel Messi PSJ-də 11 oyuna 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.