Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ölkə futbolu ilə bağlı daha bir təqdirəlayiq addım atıb.
Sportnet.az-ın məlumatına görə, səfir hazırda "Qarabağ" və "Neftçi" arasında keçirilən Misli Premyer Liqasının VIII tur matçını izləyir. "Azersun Arena"dakı qarşılaşmada qonaqlar hesabda önə çıxıb - 1:0.
Qeyd edək ki, Cahit Bağcı ötən gün Peşəkar Futbol Liqası və "Buta Global Enerji-Tekstil" şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasiminə də qatılıb.