"İlk hissədə daha çox qol vura bilərdik. Amma bunu bacara bilmədik. Rəqib layiqli qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqlar Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi matçın 90 dəqiqə oynanıldığını bildirib: "Təəssüf ki, məğlub olduq. Rəqib oyuna köklənmişdi. Sonadək mübarizə aparıb 3 qol vurdular və qələbə qazandılar. Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var".
O, komandada yorğunluq olması ilə bağlı suala belə cavab verib: "Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz. Mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz".
İsrafillov bu məğlubiyyət komandanı ruhdan salmayacağını söyləyib: "Hələ çempionatın başlanğıcıdır. Qarşıda bizi çox matç gözləyir. Çempionat bir oyundan ibarət deyil. Çalışıb hər oyunda qələbə qazanacağıq. Çempionun kimliyi sonda məlum olacaq".