"Rəqib çempionluq uğrunda mübarizə aparan kollektivdir".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın məşqçisi Cavid Hüseynov evdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
34 yaşlı mütəxəssis "Sabah"ın çox güclü futbolçulardan təşkil olunmuş komanda olduğunu xatırladıb: "Buna baxmayaraq əlimizdən gələni etməyə çalışdıq. Məğlub olmaq istəmirdik. Ancaq təcrübəsizliyə görə son dəqiqələrdə qol buraxdıq. Oyunçulara göstərdikləri əmzkarlığa görə təşəkkür edirəm".