
"Kəpəz"in futbolçusu Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın VIII turunda "Sumqayıt"la səfər oyunu öncəsi məşqdə zədələnən 34 yaşlı yarımmüdafiəçinin əzələsi dartılıb.
Təcrübəli oyunçu təxminən 10 gün məşq edə bilməyəcək. İsmayılov bu müddətdə müalicə və bərpa prosesi keçəcək.
Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" oyunu qolsuz heç-heçə ilə başa çatıb.