"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında xal itirib.
Sportnet.az-ın məlumatına görə, IX turda "Herta"nın qonağı olan komanda rəqibi ilə heç-heçə edib - 2:2.
Hesabı 22-ci dəqiqədə Frayburq təmsilçisindən Daniel-Kofi Köreh açıb. 34-cü dəqiqədə tarazlığı bərpa edən meydan sahibləri 61-ci dəqiqədə önə keçiblər. "Frayburq"u məğlubiyyətdən 78-ci dəqiqədə fərqlənən Kevin Şade xilas edib.
Kristian Ştrayxın baş məşqçi olduğu kollektiv heç-heçəyə baxmayaraq, 18 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.