
Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ın qonağı olacaq "Olimpiakos" Bakıda məşqə çıxıb.
Sportnet.az xəbər verir ki, hazırlıq prosesi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, oktyabrın 13-də oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.