Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, tədbir AFFA-nın inzibati binasında baş tutub. Mərasimə Peşəkar Futbol Liqasının rəhbərliyi və klub nümayəndələri qatılıb.
Turnirdə 14 komanda iştirak edəcək. Püşkdən öncə klublar səbətlərə bölünüb. Ötən çempionatda ilk iki yeri tutan “Qarabağ” və “Neftçi” mübarizəyə1/4 finaldan başlayacaq.
Premyer Liqanın digər 8 komandası və I divizionun 4 təmsilçisi ilk raunddan – 1/8 finaldan mübarizəyə qoşulacaq. Bu mərhələnin görüşləri 22-23 noyabrda baş tutacaq.
Azərbaycan kuboku
1/8 final, (22-23 noyabr)
"Qəbələ" – “Araz Naxçıvan”
MOİK – "Səbail"
"Sabah" – "Qaradağ Lökbatan"
"Kəpəz" – "Sumqayıt"
"Şamaxı" – “Turan Tovuz”
“Mingəçevir” – “Zirə”
1/4 final, (8-9, 19-20 dekabr)
1. “Qarabağ” - "Qəbələ" / “Araz Naxçıvan” cütünün qalibi
2. MOİK / "Səbail" cütünün qalibi - "Sabah" / "Qaradağ Lökbatan" cütünün qalibi
3. "Kəpəz" / "Sumqayıt" cütünün qalibi - "Şamaxı" / “Turan Tovuz” cütünün qalibi
4. “Mingəçevir” / “Zirə” cütünün qalibi – “Neftçi”
1/2 final, (19-27 aprel, 2023-cü il)
1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi
Final (3 iyun, 2023-cü il)