"İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Fransada "Nant"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.
Braziliya əsilli yarımmüdafiəçi bildirib ki, rəqibin heyətində yaxşı futbolçular var: "Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir".
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.