İtaliya "Milan"ı baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2025-ci ilin yayınadək uzadılıb.
Onun əvvəlki müqaviləsi 2023-cü ilin iyununda başa çatmalı idi.
Qeyd edək ki, "Milan" ötən mövsüm Stefano Piolinin rəhbərliyi altında A Seriyasının qalibi olub. Hazırda komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" lider "Napoli"dən 6 xal geri qalır.