Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədovanın Sportnet.az-a müsahibəsi
- Hazırda "Fomget" klubunda çıxış edirsən, əks cinsdən olan həmkarların legioner həyatı yaşamaqda çətinliklər çəkir, səndə bu amil problem yaratmır?
- Xeyr, hər şey qaydasındadır. 18 yaşımdan legioner həyatı yaşayıram, artıq öyrəşib. Bundan öncə Qazaxıstan, Rusiya kimi ölkələrdə oynamışam. Türkiyədə bundan öncə "ALG" və "Çaykurzespor" klublarında çıxış etmişəm. Bir növ ölkəmi xaricdə təmsil etməkdən qürur duyuram, eyni zamanda ən yaxşısını etməyə çalışıram. Düşmürəm ki, öhdəsinə gəlirəm.
- Uzun illərdir milli komandanının formasını geyinirsən...
- Bəli, 7 ildir millininin şərəfini qoruyuram, bu forma ilə çıxış etmək məsuliyyət tələb edir, amma komanda şəkilində öhdəsindən gəlməyə çalışırıq.
- Millininin son oyunları haqda nə deyə bilərsiniz?
- Nəticə göz önündədir, əsas əzm və istək idi, fikrimcə bu yöndə hər şey yolunda getdi. Biz indi inkişaf edirik, heç bir rəqibdən çəkinmirik. Var gücümüz yaxşı nəticə qazanmağa çalışırıq. İnsalah gələcəkdən bu göstəriciyə daha yaxşı olacaq.
- Gələcək hədəflərini nələrdir?
- 22 yaşım var, futbol üçün unikal yaş dövrüdür. Əsas hədəfim ABŞ-da futbolçu həyatı yaşamaqdır. Buna görə maksimum çalışıram, üzərimdə işləyirəm. Düşünmürəm ki, orda ölkəmi təmsil etsəm daha faydalı olaram. Mənim digər komandalar yoldaşların da legioner həyatı yaşayır, onlara uğurlar arzulayıram. Bundan başqa bir istəyim də var ki, Azərbaycanda balaca qızların futbola marağı çoxalsın, futbol oynasınlar, məqsədlərinə doğru getsinlər. Qarşıdan olan maneələrdən qorxmasınlar, çəkinməsinlər. Hər kəsə uğurlar arzulayıram.