
Qəbələ” klubunun futbolçusu Elvin Camalov Topaz Premyer Liqasında aprelin 17-də keçiriləcək XXX turun "Neftçi” ilə oyununu barədə fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi "gabalafc.az"a açıqlamasında qələbə qazanaraq, xal fərqini azaltmağa çalışacaqlarını söyləyib. 
O, son 6 oyunda qələbə qazandıqlarını xatırladaraq, uğurlu seriyanı davam etdirmək istədiklərini vurğulayıb: "Çempionatı ilk "üçlük”də bitirib, mükafatçılar sırasına düşmək istəyirik. Ən əsası, avrokuboklara vəsiqə qazanmalıyıq. Bunun üçün qarşıdakı bütün oyunlarda maksimum çalışıb, qalib gəlməliyik. Son 6 çempionat oyununda qələbə qazanmışıq. Bu uğurlu seriyanı davam etdirmək haqqında düşünürük. Biz oyundan-oyuna daha da yaxşı çıxış etməyə, bizi dəstəkləyən hər kəsi sevindirməyə çalışacağıq”.









                 





    
    
    
    
    
    
    
    
    





















































