"Neftçi"nin SSRİ çempionatında bürünc medal qazanmasından 56 il ötür.
Sportnet.az xatırladır ki, "ağ-qaralar" 1966-cı il noyabrın 30-da buna nail olublar.
Həmin vaxt Bakıda Moskva "Spartak"ına 3:0 hesabı ilə qalib gələn komanda bürünc medalı təmin edib.
Bu, Azərbaycan təmsilçilərinin SSRİ çempionatlarında ilk və son medalı kimi əlamətdar olub.