
18 yaşadək qızlardan ibarət yığma komandalar arasında Bakıdakı UEFA-nın inkişaf mini-turnirinin Azərbaycan - Rusiya oyunundan əvvəl Türkiyənin Manisa vilayətində baş vermiş faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Sportnet.az AFFA-nın saytına istinadən məlumatına görə, yığmamızın üzvləri meydana qara sarğı ilə çıxacaqlar.
Görüş sabah saat 14:00-da Bayıl stadionunda baş tutacaq.
Görüş sabah saat 14:00-da Bayıl stadionunda baş tutacaq.
Qeyd edək ki, turnirin mayın 14-də keçirilmiş ilk oyununda Azərbaycan yığması 0:1 hesabı ilə İsrailə məğlub olub.