“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə yerli “RB Sport” məlumat yayıb.
Bildirilib ki, “Krasnodar” klubu 23 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır. Azərbaycan təmsilçisinə bu ilin yanvarında Bolqarıstanın “Çerno More” klubundan keçən Kabo Verde millisinin oyunçusunun ağdamlılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Leandro Andrade cari mövsüm “Qarabağ”ın heyətində 15 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə verib.