"Sumqayıt"dan ayrılan Damian Daniçiçin yeni klubu məlum olub.
Qol.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 22 yaşlı müdafiəçi "Voydovats"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Daniçiç bu mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edirdi. O, "kimyaçılar"la 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.