Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "köhlən atlar" Polşanın "Rakuv" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 10-cu dəqiqədə İvi Lopes, 47 və 86-cı dəqiqələrdə isə Vladislav Qutkovski vurublar.
"Qarabağ"ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli forma ilə meydana çıxıb.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Antalyada daha iki sınaq matçı keçirəcək. Azərbaycan çempionu yanvarın 18-də Serbiya "Çukariçki"si və Polşa "Poqon"u ilə üz-üzə gələcək.