"Kubok oyunları həmişə gərgin olur. Biz "Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 1-0 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la Azərbaycan kubokunun yarımfinal oyunundan (0:0) sonra "Simurq"un baş məşqçisi George Çixradze deyib.
Gürcüstanlı mütəxəssis görüşdə "Simurq"un qeydə alınmayan qolu ilə bağlı fikirlərini bildirib: "Düzdür, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindir. Epizoda baxmaq lazımdır. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdır. "Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm”.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |