Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsinin VI qrupunda Polşa ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı Estoniya və Latviyadan olan referilər idarə edəcəklər.
Estoniyalı Yaqnar Yakobson, Qriqori Oşomkov və latviyalı İnqus Purins matçda ədalət təmsilçisi olacaqlar. Onların işinə sloveniyalı hakim-inspektor Silvo Borosak qiymət verəcək. Portuqaliyalı Joao Roça isə UEFA nümayəndəsi kimi iş başında olacaq.
Qeyd edək ki, martın 7-də Koszalin idman zalında keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.