"Biz mütləq yerli futbolçu almalıyıq. Amma bunun nə vaxt gerçəkləşəcəyi məlum deyil". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Lakin Dənilzinin fikrincə, əsas problem səviyyəli yerli futbolçu azlığıdır: "Mən də istəyirəm ki, yerli alternativimiz çox olsun. Bu barədə rəhbərliyə fikirlərimi çatdırmışam. Bu istəklərimin nə qədərinin reallaşacağını isə gələcəkdə görəcəyik”.
Həmçinin Dənizli qışda etdikləri transferlərdən də danışıb: "Qışdakı transferlərimiz də normal idi. Yerli futbolçu transfer edə bilmədiyimizdən, legioner aldıq. Düşünürəm ki, onlardan da kifayət qədər faydalana bildik”.