1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yubileylərlə zəngin matç
Topaz Premyer Liqasının XXXI turunun "Qarabağ” – "Neftçi” oyunu yubileylərlə zəngin olub. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, meydan sahiblərinə 3:2 hesablı qələbə qazandıran Leroy Corcun matçda vurulan son qolu mövsümdə 300-cü olub. Arxada qalan 31 turun 123 oyununda orta məhsuldarlıq 2,44-ə bərabərdir.
Hollandiyalı həm də "Qarabağ”da 20-ci qolunu vurub. O, buna 80 matçda nail olub. Leroy çempionatda 16, avrokuboklarda 4 dəfə fərqlənib. Onun komanda yoldaşı Muarem Muarem də klubunda 20-ci qola sevinib. Buna 122-ci matçda imza atan makedoniyalı çempionatda 17, kubokda 1, avrokuboklarda 2 dəfə rəqib qapısına yol tapıb. "Qarabağ”ın iki futbolçusu isə yubiley matçında iştirak edib. Namiq Yusifov Premyer Liqada 250-ci oyununu keçirib. Bu müddətdə 3 qol vuran futbolçu həmin matçların 209-na (1 qol) "Qarabağ”ın formasında çıxıb. Ölkə çempionatındakı matç sayını 100-ə çatdıran Bədavi Hüseynov isə 73 oyunu indiki klubunda keçirib.
"Neftçi”nin futbolçusu Karlos Kardoso Premyer Liqada 50-ci matçına çıxıb. Qırmızı vərəqə alan braziliyalı "Neftçi” formasında da 50-yə çatdığından yubiley cənubi amerikalı üçün ikiqat xarakteri daşıyıb. O, bu görüşlərdə 4 qol da vurub.