
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son olaraq "Rəvan"da çıxış etmiş Elvin Həsənəliyevlə 1 illik müqavilə imzalanıb.
Həsənəliyev "Sumqayıt"da icarə əsasında çıxış edəcək.