Portuqaliyalı futbolçu Kriştianu Ronaldu milli komandaların heyətində iki dünya rekorduna imza atıb.
Sportnet.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində Portuqaliya və Lixtenşteyn yığmaları arasında keçirilən görüş 38 yaşlı hücumçu üçün beynəlxalq karyerasında 197-ci olub.
Bu göstəriciyə görə o, dünya rekordçusu olub.
Ronaldu millidə meydana çıxma sayına görə Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub. Milli komanda üçün oyunların sayında ilk üç rekordçu 195 görüş keçirən malayziyalı So Çin Enn ilə bağlıdır.
Təcrübəli forvard bu qarşılaşmada həm də dubl edərək, millidə rəsmi matçlarda qol sayını 100-ə çatdırıb. Yoldaşlıq görüşləri ilə birlikdə isə o, 120 dəfə fərqlənib.