"Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, çempionluq sevincini bölüşməmişdən öncə rəqib komandadakı həmkarını tərifləyib: "Bu oyunda hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. "İnter” də çempionluğa layiq komandadır, mövsümü yaxşı keçirdilər. Kaxaber Tsxadadzeni işini həmişə qiymətləndirmişəm. Yaxşı komandası, futbol biliyi var".
Bununla yanaşı, Qurbanov "komandanı yuxarı pillələrdə görmək üçün hər şeyi edən" "Qarabağ" rəhbərliyinə təşəkkür edib. Daha sonra o, çempionluqdan danışıb: "Mükəmməl mövsüm keçirdik. Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdur. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |