AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, prezident Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev Portuqaliyanın paytaxtı Lissabondakı “Lisbon Congress Center”də təşkil olunacaq tədbirdə iştirak edəcəklər.
Bu gün baş tutacaq 47-ci Konqresdə UEFA-da prezident seçkisi olacaq.