"Sumqayıt" və "Neftçi" komandaları arasındakı Misli Premyer Liqasının XXIX tur matçından əvvəl maraqlı olay yaşanıb.
Sportnet.az-ın məlumatına görə, topa ilk toxunuşu paracüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev vurub. "Neftçi" İdman Klubunun üzvü olan 33 yaşlı sumqayıtlı idmançı qarşılaşmaya fəxri qonaq qismində qatılıb.
Komandalar və hakimlər meydana Heydər Əliyev-100 yazılmış formalarla, eləcə də ulu öndərin "Qoy, ədalət zəfər çalsın" sözləri ilə çıxıblar. Təşkilati işləri isə Azərbaycan Milli Antidopinq Agentliyi və Peşəkar Futbol Liqası görüb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.