"Bavariya"nın hücumçusu Erik Şupo-Motinq Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununu buraxacaq.
Sportnet.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun diz oynaqlarında problem var.
Qeyd edək ki, aprelin 11-də keçiriləcək "Mançester Siti" - "Bavariya" qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.