
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford İspaniya "Sevilya"sına qarşı UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.
Sportnet.az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, buna 26 yaşlı hücumçunun əzələsində zədə aşkarlanması səbəb olub.
Forvardın qarşıdakı bir neçə matçda iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, Reşford "Everton"a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur oyununda xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 47 görüşə çıxıb və 28 qol vurub.