
Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 30 yaşlı hücumçu "Jonava"ya transfer olunub. Bu barədə Litva klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, "Jonava" Litva 1-ci liqasında 5 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb.
Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada "Narva Trans", Nepalda "Lalitpur Siti"də oynayıb.