Topaz Premyer Liqasının XXXI turundan sonra iki günlük istirahətə buraxılan "Xəzər Lənkəran” dünən Lənkərandakı bazasında bir araya gəlib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda may ayının 2-də səfərdə baş tutacaq " Bakı”ilə qarşılaşmanın hazırlığını Lənkəranda davam etdirəcək.
Zədə səbəbindən son turu buraxan Vyekoslav Tomiç artıq komandaya qoşulsa da,fərdi olaraq məşqlərini davam etdirir. "Qəbələ” ilə görüşdə dizindən zədə alan İlyas Səfərzadə isə müaliçə aldığından məşqlərə qoşulmur.
"Xəzər Lənkəran” may ayının 1-də hazırlığını tamamlayıb paytaxta yola düşəcək və oyunöncəsi son məşqini matçın keçiriləcəyi stadionda tamamlayıb matç saatını gözləyəcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |