İspaniyanın “Real Madrid” klubunun futbolçusu Federiko Valverde 12 oyunluq cəza ala bilər.
Sportnet.az xəbər verir ki, buna səbəb uruqvaylı yarımmüdafiəçinin La Liqanın XXVIII turunda “Vilyarreal”la matçdan sonra rəqibin oyunçusu Aleks Baenanı vurmasıdır.
24 yaşlı oyunçunun bu hərəkəti ilə bağlı iş İspaniya Kral Futbol Federasiyasının İdman Yarışları Komitəsinə verilib. Onun minimum 4, maksimum isə 12 matçlıq diskvalifikasiyası gündəmdədir.
“Kral klubu” hadisələrin bu cür inkişafından razıdır. Çünki zorakılıq, irqçilik, ksenofobiya və idmanda dözümsüzlüklə mübarizə üzrə dövlət komissiyası da işə baxa bilər. Bu isə onun 6 aylıq sanksiyaya məruz qalmasına gətirib çıxarar.
Qeyd edək ki, “Vilyarreal”ın 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra avtomobil dayanacağında Baena Valverdenin həyat yoldaşının hamiləliyi ilə bağlı vəziyyəti ələ salan sözlər işlətdiyindən, “Real Madrid”in oyunçusu həmkarını yumruqla vurub.