
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, mövsümün debütantı "Turan Tovuz" "Neftçi"ni qəbul edib. Tovuz şəhər stadionunda baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyun ev sahibinin qələbəsi ilə başa çatıb.
Azərbaycan Kuboku
1/2 final, ilk oyun
16:00. "Turan Tovuz" - "Neftçi" 1:0
Qol: Denis Marandici, 73
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşündə "Qəbələ" "Səbail"i məğlub edib. İki komandanın təkrar qarşılaşması 27 aprelə təyin olunub.