Türkiyənin “Ümraniyəspor” klubunun yeni baş məşqçisi bəlli olub.
Sportnet.az xəbər verir ki, komandanı Mustafa Er çalışdıracaq.
Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Mustafa Er bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Recep Uçarı əvəz edib.
Qeyd edək ki, “Ümraniyəspor” hazırda 23 xalla 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.