
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın
Astana şəhərində təşkil olunacaq "Prezident kuboku" turnirinə
qatılacaq. Sportnet.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, iyunun
25-də start götürəcək yarışda millimiz B qrupunda yer alacaq.
Komandamızın rəqibləri İspaniya, İran və Tacikistan gənclərdən ibarət
milli komandaları olacaq. A qrupunda isə Qazaxıstan, Gürcüstan, Qırğızıstan və Çin
yığmaları yer alacaq.
Təqvimə əsasən, millimiz iyunun 25-də İspaniya, 26-da İran, 28-də Tacikistanla üz-üzə gələcək. "Pley-off", III yer uğrunda və final görüşləri iyunun 29-da baş tutacaq.