Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.
Sportnet.az xəbər verir ki, "Kəpəz" "Sabah"ı qəbul edib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı artıq 4-cü dəqiqədə Aleksey Kaşuk açıb. O, aktivindəki qol sayını 16-ya çatdıraraq, "Neftçi"nin lideri Emin Mahmudova çatıb.
17-ci dəqiqədə Emmanuel Apeh ikinci, 83-cü dəqiqədə isə David Volkov son qolu vurub.
Bununla da xalını 77-yə çatdıran "Sabah" lider "Qarabağ"la xal fərqini ən azı mayın 8-dək 4-ə endirib. "Kəpəz" isə 29 xalla 7-ci yerdə gedir.
5 may (cümə)
18:00. “Kəpəz” – “Sabah” 0:3
Qollar: Aleksey Kaşuk, 4. Emmanuel Apeh, 17. David Volkov, 83
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər qarşılaşmaları 6 - 8 mayda oynanılacaq.