"Roma"nın baş məşqçisi Joze Mourinyo "Sevilya" ilə Avropa Liqasının final oyununun hakimliyini tənqid edib.
İtaliya təmsilçisi əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında uduzub (1:4).
Sportnet.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis bildirib: “Demişdim ki, ya buradan kubokla ayrılacağıq, ya da məhv olacağıq. Biz məhv olduq. Biz fiziki olaraq yorğunuq, ruhən yorğunuq, ölü kimiyik. Çünki hesab edirik ki, bu, bir çox mübahisəli hadisəni özündə birləşdirən ədalətsiz bir məğlubiyyətdir. İspan kimi görünən hakimin idarə etdiyi matç gərgin, cəsarətli və parlaq oyun oldu. Haqsızlıq onda özünü göstərir ki, Lamela ikinci sarı vərəqə almalı idi, lakin bu baş vermədi və o, penaltini qola çevirdi”.