Sem Ellerdays “Lids”in baş məşqçi postundan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 68 yaşlı mütəxəssislə müavilə qarşılıqlı anlaşma yolu ilə pozulub.
Yaxın həftələrdə yeni baş məşqçinin adı açıqlanacaq.
Ellerdays İngiltərə Premyer Liqasında mövsümün başa çatmasına 4 tur qalmış klubun sükanı arxasına keçmişdi. Komanda onun rəhbərliyi altında bir oyunda da qələbə qazana bilmədi: 1 heç-heçə və 3 məğlubiyyət.
Mövsümün yekunlarına əsasən, “Lids” Premyer Liqanı tərk edib.