Azərbaycan kubokunun 2023-cü il üzrə qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. "Bakcell Arena"da keçiriləcək görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu əlavə vaxtda - 102-ci dəqiqədə penalti ilə İsnik Alimi vurub.
Bununla fa "Qəbələ" tarixində ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub.
Xatırladaq ki, Premyer Liqada "Nefçi" 3-cü, "Qəbələ" isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib. Buna görə də matç avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşımır.
Qeyd edək ki, kubokun son qalibi "Qarabağ"dır.
Azərbaycan Kuboku
Final
20:00. "Neftçi" - "Qəbələ" 0:1 (ƏLAVƏ VAXT - 1:0)
Qol: İsnik Alimi, 102 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
Ehtiyat VAR: Cavid Cəlilov
Ehtiyat köməkçi hakim: Rəhman İmami
"Bakcell Arena".