
“Betis”in kapitanı Xokin Sançes peşəkar karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 41 yaşlı futbolçu İspaniya La Liqasında mövsümün son oyununda “Valensiya”ya qarşı (1:1) forma geyinib.
Yarımmüdadfiəçi La Liqada 622 görüşdə meydana çıxıb və bu göstəricidə “Barselona”nın əfsanəvi qapıçısı Andoni Subisarretaya çatıb.
Xoakin 25 illik karyerasında “Betis”lə yanaşı, “Valensiya” və “Malaqa”nın da şərəfini qoruyub. Bundan başqa, o, 2013-2015-ci illərdə “Fiorentina”nın formasını geyinib.
Xoakin İspaniya çempionu olmasa da, 3 dəfə Kral kubokunu qazanıb.
İspaniya millisində 52 oyun keçirən futbolçu 4 qol vurub.