"Qalatasaray" baş məşqçisi Okan Burukla müqaviləni uzadıb.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi Burukun sözləşməsinin uzadılma bəndini aktivləşdirib. İndi onun sözləşməsi 2024-cü ilin mayına qədərdir.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Okan Burukun rəhbərliyi altında Türkiyə Superliqasının qalibi olub. "Qalatasaray"ın yetirməsi olan 49 yaşlı mütəxəssis bu klubla 7 Superliqa kuboku, UEFA Kubokunu və UEFA Superkubokunu qazanıb.