
"Maraqlı oyun oldu. Qalib gəlmək istəyirdik. Lakin yaxşı komandaya qarşı oynayıb, bir xal qazandıq". Sportnet.az-ın məlumatıan görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXXII turunda "Qəbələ" ilə oyundan sonra deyib.
Təcrübəli mütəxəssis 1:1 hesabı ilə bitən matçda hakim səhvlərinin olduğunu vurğulayıb: "Son vaxtların ən ideal komandasına qarşı oynayırdıq. Səhvlərimiz çox oldu. Son dəqiqələrdə qol buraxdıq. Futbolun gözəlliyi də budur. Hakimlərin gərgin oyunda buraxdığı bir-iki səhv bir qədər müzakirə olundu. Məni belə görməyə alışmamısınız? Bir qədər də belə görmək sizin üçün maraqlı olar. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı ağır oyunlara hazırlaşmalıyıq”.