"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi Turan Manafovla başa çatan müqaviləni yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi başa çatan mövsümdə "Səbail"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Səbail" bundan əvvəl Nihad Qurbanlı., Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasovla yolları ayırıb.