
“Aston Villa” Yuri Tilemansı transfer etdiyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, “Aston Villa” belçikalını azad agent statusuyla heyətinə qatıb. Futbolçu ilə müqavilənin təfərrüatları açıqlanmayıb.
26 yaşlı yarımmüdafiəçinin son klubu Çempionşipə düşən “Lester Siti” olub. Onunla “Milan” və “Roma” klubları da yaxından maraqlanırdı.