
“Nefçi”dən ayrılan Sezar Meza Kolli yenidən karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, “Zirə” paraqvaylı futbolçunun xidmətlərində maraqlıdır.
“Ağ-qaralar” ötən mövsümün böyük hissəsində zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyiblər.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 31 yaşlı oyunçunu öz komandasında görmək istəyir.
Xatırladaq ki, Meza Kolli 2016-2017 mövsümündə “qartallar”ın şərəfini qoruyub. Həmin vaxt qəsəbə təmsilçisinə Ayxan Abbasov rəhbərlik edirdi.