1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Viktor Mendi: "Heç bir etiraza gərək yoxdur"
"Çox gözəl oyun alındı. "Qarabağ” çempionatın ən güclü klublarından biridir. Belə çətin rəqiblə matçdan bir xal almaq yaxşı nəticədir”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında "Qəbələ”nin futbolçusu Viktor Mendi "Qarabağ”la oyundan (1:1) sonra deyib.
Məğlub olmadıqları üçün sevindiyini bildirən seneqallı hücumçu rəqib qapısına təyin olunan mübahisəli penalti epizodundan da danışıb:
"Çox xoşbəxtik ki, sona yaxın bərabərlik topunu vurduq və məğlub olmadıq. Penalti epizoduna gəldikdə isə hakim doğru qərar verdi. Rəqib komandanın qapıçısı həqiqətən də məni itələmişdi. Heç bir etiraza gərək yoxdur. Layiq olduğumuz bir xalı qazandıq. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Gələcək oyunlarda da yaxşı nəticələr qazanacağıq”.